QR CodeQR Code

Pentaqon: Sanksiyalar Rusiyanın siyasətini dəyişməyib

Apa , 26 Feb 2015 16:09

İslamtimes - Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar bu ölkənin yeritdiyi siyasəti dəyişməyib, həmçinin Ukraynadakı vəziyyətə də təsir etməyib.


TASS-ın verdiyi xəbərə görə, bu barədə Konqresdə keçirilən dinləmələrdə Avropada NATO Silahlı Qüvvələri birləşmələrinin baş komandanı Filip Bridlav və ABŞ müdafiə nazirinin müavini Kristin Uormut bildiriblər.

“Etiraf etməliyik ki, tətbiq edilən sanksiyalar Rusiyanın siyasətini dəyişməyib”, deyə K.Uormut bildirib.

Filip Bridlav isə qeyd edib ki, Ukraynaya letal (öldürücü) silahların verilməsi məsələsi gündəmdə olaraq qalır.


Story Code: 443415

News Link :
https://www.islamtimes.org/az/news/443415/pentaqon-sanksiyalar-rusiyanın-siyasətini-dəyişməyib

Islam Times
  https://www.islamtimes.org