0
Thursday 26 February 2015 - 16:49

Terroristlərin İdlibə hücumu dəf edilib!

Story Code : 443430
Terroristlərin İdlibə hücumu dəf edilib!
Terroristlərin İdlibə hücumu dəf edilib!
Suriyanın top artilleriyası və hava qüvvələri ölkənin şimal-qərbində yerləşən İdlib şəhərinə doğru hərəkət edən terroristlərin böyük hərbi texnika və nəqliyyatla təchiz edilmiş hücumunun qarşısını müvəffəqiyyətlə ala bilib. Xəbərə əsasən, şiddətli zərbəyə məruz qalan terroristlər çoxlu sayda hərbi texnika və itki veriblər.

Həmçinin onların Səraqibdən Binişə doğru hərəkətinin də qarşısı alınıb, İdlib vəTəftənaz ətrafı məntəqələrdəki mövqeləri məhv edilib və eləcə də, “Əbu əl-Zuhur” hərbi hava aeroportu ətrafı ərazilər terrorist ünsürlərdən təmizlənib.

Hums vilayətindən çatan məlumata görə, İŞİD-in digər terrorist dəstəsinin 105 saylı “Hiql əl-Şair” neft yatağına doğru hərəkətinin qarşısı böyük itkiyə məruz edilməklə alınıb və həmçinin Hums ətrafı bir çox məntəqələrdə bu ünsürlərin mövqelərinə şiddətli zərbələr endirilib.
Source : Nur.az
Comment