0
Thursday 26 February 2015 - 17:10

Avropa qazsız qala bilər - Putindən xəbərdarlıq

Story Code : 443438
Avropa qazsız qala bilər - Putindən xəbərdarlıq
Avropa qazsız qala bilər - Putindən xəbərdarlıq
İnterAz-ın "RT"-yə istinadə məlumatına görə, Putin növbəti 3-4 gün ərzində təbii qaz ödənişlərini həyata keçirməyəcəyi təqdirdə Ukraynaya qaz ixracının dayandırılacağını bildirib.

Rusiya prezidenti əlavə edib ki, Ukraynaya qazın verilişinin dayandırılması Avropaya qaz nəqlində də problem yaradacaq.

"Qazprom Ukrayna ilə imzalanan təbii qaz ixracı ilə bağlı müqavilənin şərtlərinə tam olaraq riayət edir. Ukraynanın növbəti təbii qazla bağlı ödənişi növbəti 3-4 gün ərzində həyata keçirilməlidir. Əgər, ilkin ödəniş edilməsə Qazprom müqaviləyə uyğun olaraq qaz nəqlini dayandıracaq. Əlbəttə ki, bu öz növbəsində avropalı tərəfdaşlarımız üçün də problemə səbəb olacaq." - Putin jurnalistlərə müsahibəsində deyib.

O, qeyd edib ki, Rusiyanın müvafiq qurumları və "Qazprom" şirkəti bu barədə Ukrayna hökumətinə lazımi xəbərdarlıq ediblər.
Source : İnteraztv
Comment