QR CodeQR Code

Çin ABŞ-ın 6 iri bazasından 5-ini məhv edə bilər

17 Nov 2010 07:58

IslamTimes - Hazırda Çin ABŞ-ın Asiyadakı iri 6 hərbi bazasından 5-ni raket zərbəsi ilə məhv etməyə qadirdir. ABŞ Konqresinin İqtisadiyyat və təhlükəsizlik sahələrində Amerika-Çin münasibətlərinə dair komissiyasının hesabatının müəllifləri bu fikirdədirlər.


Hesabat gələn həftə açıqlanmalıdır, lakin onun ayrıca müddəaları artıq mətbuatda özünə yer tapıb.
Onların sözlərinə görə, Çin hərbçilərinin ixtiyarında 600 km-ə qədər mənzilli 1150 ballistik raket və 1,6 min km-dən 2,8 min km-ədək mənzilli 115 raket var. Bundan əlavə, çinlilərin 1,5 min km-ə uça biləcək 500 «Yer» tipli qanadlı raketi var. «Çin nəinki raketlərin sayını artırır, həm də onların uçuş mənzilini, dəqiqliyini və partlayıcı maddəsinin çəkisini artırır», deyə təhlildə qeyd olunur. /APA/


Story Code: 44348

News Link :
https://www.islamtimes.org/az/news/44348/çin-abş-ın-6-iri-bazasından-5-ini-məhv-edə-bilər

Islam Times
  https://www.islamtimes.org