0
Wednesday 17 November 2010 - 10:17

Sarkisyan Medvedev və Putinlə görüşəcək

Story Code : 44355
Sarkisyan Medvedev və Putinlə görüşəcək
Sarkisyan Medvedev və Putinlə görüşəcək
APA-nın “Armenia today” xəbər portalına istinadən verdiyi məlumata görə, S. Sarkisyanı diaspora naziri Qranuş Akopyan, xüsusi tapşırıqlar üzrə səfir Arkadi Qukasyan, Ermənistanın Rusiyadakı səfiri Oleq Yesayan və digər rəsmi şəxslər müşayiət edir.
S. Sarkisyan Moskvada “Hayastan” Ümumerməni Fondunun keçirəcəyi xeyriyyə marafonunda iştirak edəcək. Tədbirə Rusiyadakı erməni iş adamları da qatılacaq.
Ermənistan prezidentinin əsas görüşləri noyabrın 17-də olacaq. O, Rusiya prezidenti Dmitri Medvedev və baş nazir Vladimir Putinlə ikitərəfli görüşlər keçirəcək. S. Sarkisyan həmin gün axşam Rusiya Erməniləri İttifaqının 10 illiyi münasibətilə “Prezident” otelində təşkil olunacaq tədbirdə və Kremldə keçiriləcək bayram konsertində iştirak edəcək.
Noyabrın 18-də Ermənistan prezidentinin məşhur aktyor Armen Ciqarxanyan, “Rossia Today” teleşirkətinin rəhbəri Marqarita Simonyan və digər şəxsləri dövlət mükafatları ilə təltif etməsi nəzərdə tutulub.
Comment