QR CodeQR Code

NATO Rusiyanı Gürcüstandan çıxmağa çağırdı

17 Nov 2010 14:39

IslamTimes - Bu gün qəbul olunacaq qətnamədə Gürcüstanın mütləq NATO üzvü olacağı barədə qərarın qüvvədə qaldığı vurğulanır.


NATO Parlament Assambleyasında (PA) bu gün “Gürcüstandakı vəziyyət haqqında” qətnamə müzakirəyə çıxarılıb. “Rosbalt” agentliyinin verdiyi məlumata görə, Varşavada keçirilən iclasda müzakirəyə çıxarılan sənəddə qeyd olunur ki, Rusiya Gürcüstanla bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.
NATO PA Moskvanı atəşi dayandırmağa və qoşunlarını Gürcüstan ərazilərindən çıxarmağa çağırır. NATO PA wmid edir ki, Rusiya beynəlxalq müşahidəçiləri Abxaziya və Cənubi Osetiyaya buraxacaq.
Qətnamə layihəsində Gürcüstanla aparılan islahatlar bəyənilir və Gürcüstanın mütləq NATO üzvü olacağı barədə Buxarest sammitində qəbul olunan qərarın qüvvədə qaldığı vurğulanır.
Varşavada olan Gürcüstan parlamentinin sədri David Bakradze deyib ki, qətnamənin NATO PA-da dəstəklənəcəyinə və qəbul olunacağına əmindir. /apa/


Story Code: 44362

News Link :
https://www.islamtimes.org/az/news/44362/nato-rusiyanı-gürcüstandan-çıxmağa-çağırdı

Islam Times
  https://www.islamtimes.org