0
Saturday 28 February 2015 - 14:59

Amerikanın İŞİD-ə yardım atması təsdiqləndi

Story Code : 443959
Amerikanın İŞİD-ə yardım atması təsdiqləndi
İraq Parlamenti Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Hakim əl-Zamili Amerikanın rəhbərliyi ilə İŞİD-in əleyhinə təşkil edilən koalisiyanın qoşunlarının istənilən vaxt ölkənin hüdudlarını pozmalarını beynəlxalq konvensiyalara zidd olduğunu bildirib. O, hətta Amerikanın “Apaçi” vertolyotları vasitəsi ilə regionda fəaliyyət göstərən terrorist ünsürlərə ərzaq və silah yardımı yetirildiyinin müşahidə edildiyini də vurğulayıb.
O, dövlətə müraciətində bildirib ki, belə pozuntular barədə hökmən lazımi tədbir görülməli və Müdafiə Nazirliyi də, ölkə daxilinə hər hansı uçuşun qarşısını almalıdır.

Son günlərin hadisələri göstərir ki, Amerika tərəfindən İŞİD-ə gizli yardımlar olunur. Məsələn, ötən günlərdə İraqın təhlükəsizlik qüvvələri tərəfindən “Apaçi” vertolyotları vasitəsilə İŞİD-in ixtiyarında olan Tikrit məntəqəsinə atılan iki bağlama kəşf edilib.
Source : Nur.az
Comment