QR CodeQR Code

Region xalqlarının ruhunun belə "11 sentyabr" hadisəsindən xəbəri yoxdur

18 Nov 2010 11:34

IslamTimes - Mahmud Əhmədinejad: “11 sentyabr hadisəsində ABŞ özü həm şikayətçidir, həm hakimdir, həm də icraçıdır”.


APA-nın məlumatına görə, bu sözləri Azərbaycanda səfərdə olan İran prezidenti Mahmud Əhmədinejad bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 11 sentyabr bəhanəsi regionu az qala iflic vəziyyətinə gətirib: “Əfqanıstanın qanuni prezidenti deyir ki, sizin Əfqanıstanda əməliyyat aparmağınıza ehtiyac yoxdur, onlar deyirlər ki, özümüz bilərik”.
M. Əhmədinejad bitərəf qrupun bu məsələni araşdırmasına ehtiyac olduğunu vurğulayıb: “11 sentyabr hadisəsindən sonra regionda 1 milyona yaxın insan ölüb, 2 ölkə işğal olunub. Mən əminliklə bildirirəm ki, region xalqlarının ruhunun belə 11 sentyabr hadisəsindən xəbəri yoxdur”.


Story Code: 44429

News Link :
https://www.islamtimes.org/az/news/44429/region-xalqlarının-ruhunun-belə-11-sentyabr-hadisəsindən-xəbəri-yoxdur

Islam Times
  https://www.islamtimes.org