0
Monday 2 March 2015 - 13:24

Yəmənlə İran arasında ilk hava reysi baş tutub

Story Code : 444330
Yəmənlə İran arasında ilk hava reysi baş tutub
Yəmənlə İran arasında ilk hava reysi baş tutub
İnterAz-ın "əl-Cəzirə"-yə istinadən məlumatına görə, hava reysi husi inqilabının qələbəsindən sonra rəsmi Tehranla imzalanan aviasiya nəqliyyatı barədə müqavilə əsasında həyata keçirilib.

Bu barədə məlumatı Sənada aviasiya rəsmilərindən biri "France Presse" agentliyinə müsahibəsində məlumat verib. Məlumatda deyilir ki, İranın "Mahan Air" hava yolu şirkətinə aid təyyarə Sənanın mərkəzi hava limanına enib. Təyyarənin ilk sərnişinləri İranın Qızıl Aypara Cəmiyyətinin nümayəndələri olub və özlərinə Yəmən paytaxtında tibbi yardım ləvazimatları gətiriblər.

Yəmənin rəsmi "Səba" agentliyinin yazdığına görə, müqaviləyə əsasən, "Mahan Air" şirkətilə Yəmənin "Yemenia" hava yolu şirkəti həftə ərzində 14 qarşılıqlı uçuş həyata keçirəcəklər. İranlı rəsmilər uzun illərdən sonra iki ölkə arasında baş tutmuş ilk hava reysini mənmunluqla qarşılayıblar.
Source : İnteraztv
Comment