0
Tuesday 3 March 2015 - 15:45

Allah Özü səni hifz etsin, Qasim Süleymani!

Story Code : 444613
Allah Özü səni hifz etsin, Qasim Süleymani!
Allah Özü səni hifz etsin, Qasim Süleymani!
Nur-az.com saytı YouTube portalındakı Mazin Web kanalına istinadla, İraq ordusu və könüllü briqadaların Tikrit şəhərinə girişini göstərən videonu sizə təqdim edir. Bu video real döyüş səhnələrini göstərir. Bütün İslam mücahidləri anti-İslam ünsürlər olan İŞİD təkfirçi terrorçuları ilə mübarizə edirlər. İslam cəbhəsinin sərkərdəsi isə, general Hacı Qasim Süleymanidir.
O Tikritdədir. Bu güllə və mərmi yağışının altında. O ordadır... Zirehli maşında deyil... Piyadadır... Silahsız... Dəbilqəsiz... Güllə keçirməyən jilet də geyinmir... Dəniz aramlığı ilə, o ordadır. Onun orada olduğunu bilən İŞİD terrorçuları hər tərəfə güllə və mərmi yağdırırlar ki, bəlkə onu şəhid edə bildilər. Amma, Allahın qoruduğuna heç kəs və heç nə zərər verə bilməz. Bir daha sübut; Süleymani ordadır... Tikritdədir... Onun orada olduğunu görən şiə mücahidlər isə, böyük ruh yüksəkliyi ilə döyüşür, öz canlarını Qasim Süleymaninin qorunması üçün sipər edirlər.

Allah Özü səni hifz etsin, Hacı Qasim Süleymani!
Source : Nur.az
Comment