0
Tuesday 3 March 2015 - 15:53

Amerikalı professor Ayətullah Xameneinin mesajlarından danışdı

Story Code : 444615
Amerikalı professor Ayətullah Xameneinin mesajlarından danışdı
Amerikalı professor Ayətullah Xameneinin mesajlarından danışdı
“Mehr”n verdiyi xəbərə görə, amerikalı professor Richard Anderson Falk İranın Ali dini lideri Ayətullah Xameneinin Avropa və Amerikadakı gənclərə yazdığı məktub haqqında münasibət bildirib.

84 yaşlı professor 2008-ci ildən etibarən BMT-nin İnsan Hüquqları Şurasının Fələstin üzrə xüsusi nümayəndəsi olaraq vəzifə daşımaqdadır.

Falkın Ayətullah Xameneinin məktubuna verdiyi cavabda bunlar yazılıb:

“Bu məktub, dəyərli və insani mövzuları əhatə etməkdədir. Gənclərə xitab olaraq yazılmasına baxmayaraq, hamımız üçün böyük əhəmiyyət daşıyır. Məktubda yer alan prinsiplər cəmiyyətin mənəvi və əxlaqi əsasları olaraq əsaslandırsaq, bütün insanlara aid oluna biləcək çərçivədə genişləndirilə bilər. Belə bir duyğunun olması, xüsusilə belə bir zamanda böyük əhəmiyyət daşıyır. 84 yaşındayam, amma bu məktub mənimlə də həmsöhbət oldu və Ayətullah Xameneinin mesajlarına cavab verəcək qədər gəncəm”.
Source : İslamazeri
Comment