QR CodeQR Code

Amerikalı keşiş Facebook-a qarşı

19 Nov 2010 07:02

IslamTimes - Nyu-Cersidəki xristian kilsələrindən birinin pastoru Sedrik Miller öz icmasının üzvlərinə Facebook sosial şəbəkəsindən istifadəni qadağan edib.


Milli.Az «Vesti» telekanalına istinadən xəbər verir ki, keşiş bu sosial şəbəkənin ailələrin boşanması hallarını «yaydığını» düşünür. Millerin fikrincə, Facebook sosial şəbəkəsindən uzaq olmaq ailəyə xəyanətin və nikahın pozulmasının qarşısını alır. Keşiş bildirib ki, yalnız son 6 ayda ona 20 cütlük müraciət edib. Onlar tərəflərdən birinin Facebook-da «oturduğu» üçün boşanmaq istədiklərini bildirib. «Mən insanların çağırışımı eşidəcəklərinə inanıram», - deyə o, qeyd edib.


Story Code: 44493

News Link :
https://www.islamtimes.org/az/news/44493/amerikalı-keşiş-facebook-a-qarşı

Islam Times
  https://www.islamtimes.org