QR CodeQR Code

İsveç WikiLeaks rəhbərinin həbsinə order verib

19 Nov 2010 07:37

IslamTimes - Amerikanın Əfqanıstan və İraq hərbi əməliyyatları barədə geniş ifşaedici materiallar dərc edən WikiLeaks rəhbərini İsveçdə zorlamada günahlandırırlar


Stokholm mahal məhkəməsi noyabrın 18-də WikiLeaks saytının yaradıcısı Culian Assanjın yaradıcısının həbsinə order verib. Proqramçını İsveçdə zorlamada günahlandırırlar.
Prokuror Marianne Nyunun sözlərinə görə, növbəti addım Assanjın həbsi üçün beynəlxalq orderin verilməsi olmalıdır. Avstraliyalı Assanj ittihamları rədd edir və onların onu və WikiLeaks layihəsini gözdən salmağa yönəldiyini bildirir.
Avqust ayında İsveç məhkəməsi artıq Assanjın həbsi üçün order vermişdi. Lakin sonradan ittihamlar geri götürüldü və istintaq avstraliyalı ölkədən çıxdıqdan sonra davam etdirildi.
WikiLeaks saytı hərbi əməliyyatlar barədə məxfi məlumatların dərc edilməsi ilə məşğul olur. Sayt Əfqanıstan və İraq hərbi əməliyyatları barədə geniş ifşaedici materiallar dərc edib.
Culian Assanj İsveç pasportu almaq istəsə də ona etiraz edilib. İndi o İsveçrədə siyasi sığınacaq almaq fikrindədir. /apa/


Story Code: 44494

News Link :
https://www.islamtimes.org/az/news/44494/isveç-wikileaks-rəhbərinin-həbsinə-order-verib

Islam Times
  https://www.islamtimes.org