0
Friday 19 November 2010 - 09:42

Quş qripi qayıtdı!..

Story Code : 44498
Quş qripi qayıtdı!..
Quş qripi qayıtdı!..
Honkonqda Səhiyyə Nazirliyi Çinə səfərinin ardından evinə dönən bir qadında quş qripi xəstəliyinin aşkarlanmasından sonra həyəcan vəziyyəti elan edib. Vəziyyətinin ağır olduğu bildirilən qadının xəstəliyə Çində, yoxsa Honkonqda yoluxduğu hələlik dəqiq bilinmir.
59 yaşlı qadının 2003-cü ildə insan tələfatlarına səbəb olan epidemiyadan bu yana Honkonqda bu xəstəliyə yoluxan ilk adam olduğu bildirilir. Xəstçliyin qadında Çin səfərinin ardından aşkarlanması adıçəkilən ölkədə də narahatlığa səbəb olub.
Honkonq Səhiyyə Nazirliyi həyəcan vəziyyətinin səviyyəsini «ciddi» kateqoriyaya aid edib. Bu epidemiya şəklində xəstəliyə yoluxma riskinin böyük olduğu anlamına gəlir. Nazirlik səlahiyyətlisi York Çou virusun insanlar arasında yayılmaqda olduğuna dair hər hansı bir əlamət ollmadığını, tədqiqatların ev heyvanları üzərinə fokuslandığını açıqlayıb: «Amma yenə də xəstə qadının təmas qurduğu bütün şəxslərlə görüşəcəyik».
Qadın əri və qızı ilə birlikdə Çinin Şanqay, Hanjou və Nancing şəhərlərində olduğu bildirilir.
Xatırladaq ki, quş qripi virusu ilk dəfə 1997-ci ildə heyvandan insanlara yoluxmuş və o zaman Honkonqda bütün toyuqlar məhv edilmişdi. Dünya Səhiyyə Təşkilatı insanlarda 500-dən artıq quş qripi hadisəsinin aşkarlandığını, bunlardan 302 halda xəstələrin öldüyünü açıqlayıb. /BizimYol/
Comment