0
Thursday 5 March 2015 - 11:26

Pakistandan Talibana böyük zərbə: 119 terrorçu məhv edildi

Story Code : 445034
Pakistandan Talibana böyük zərbə: 119 terrorçu məhv edildi
Məlumat Pakistan Ordusunun mətbuat xidmətinin açıqlamasında qeyd olunub, - “Haber7”.
Baş qərargah rəisi general Rahil Şərif martın 5-də Xeybər məntəqəsində Taliban yaraqlılarına qarşı əməliyyat keçirən əsgərlərə baş çəkib. O, son 2 gün ərzində keçirilən quru əməliyyatında 62 və hava hücumlarında 57 terrorçunun öldürüldüyünü söyləyib.
General Şərif terrora qarşı əməliyyatın son terrorçunun məhv edilməsinə qədər davam etdiriləcəyini bildirib. /Deyerler/
Comment