QR CodeQR Code

Pakistandan Talibana böyük zərbə: 119 terrorçu məhv edildi

5 Mar 2015 11:26

IslamTimes - Pakistanın Xeybər məntəqəsində Pakistan Talibanı terror təşkilatına qarşı davam etdirilən hərbi əməliyyatda 119 terrorçu öldürülüb.


Məlumat Pakistan Ordusunun mətbuat xidmətinin açıqlamasında qeyd olunub, - “Haber7”.
Baş qərargah rəisi general Rahil Şərif martın 5-də Xeybər məntəqəsində Taliban yaraqlılarına qarşı əməliyyat keçirən əsgərlərə baş çəkib. O, son 2 gün ərzində keçirilən quru əməliyyatında 62 və hava hücumlarında 57 terrorçunun öldürüldüyünü söyləyib.
General Şərif terrora qarşı əməliyyatın son terrorçunun məhv edilməsinə qədər davam etdiriləcəyini bildirib. /Deyerler/


Story Code: 445034

News Link :
https://www.islamtimes.org/az/news/445034/pakistandan-talibana-böyük-zərbə-119-terrorçu-məhv-edildi

Islam Times
  https://www.islamtimes.org