QR CodeQR Code

NATO İran sərhədi yaxınlığında 184 milyon dollar dəyərində hava bazası inşa edir

19 Nov 2010 14:18

IslamTimes - Amerikanın inşa edəcəyi 3 hava bazası onların Əfqanıstandan çıxma planları ilə ziddiyyət təşkil edir.


“IslamTimes”-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, Əfqanıstandakı NATO qüvvələri Kabil şəhərində 184 milyon dollar dəyərində hava bazası inşa etmək niyyətindədir. Hərat vilayətində inşa ediləcək bazanın, İranın şərq sərhədləri və ABŞ qüvvələrinin yaxınlığında olduğu bildirilir.
Verilən məlumata əsasən NATO qüvvələri Hərat vilayətinin 120 km-liyində yerləşən “Şindand” hava bazasını 5 il müddətində yenidən qurma ilə yanaşı genişləndirmək niyyətindədirlər.
Onlar bu bazanın Əfqanıstan təyyarəçilərinin təlimləri məqsədilə inşa etdiklərini bildirirlər.
Bundan əlavə Pentoqon bildirib ki, cari ildə “Məzar-Şərif” və “Hilmənd” vilayətlərində iki hava bazası inşa ediləcək.
Bütün bunlar bir halda baş verir ki, Amerika 2011-ci ildən etibarən Əfqanıstandakı qüvvələrini bu ölkədən çıxarmağa start verməlidir.
Əfqanıstanlı siyasətçilər bildirir ki, Amerikanın inşa edəcəyi 3 hava bazası onların Əfqanıstandan çıxma planları ilə ziddiyyət təşkil edir.


Story Code: 44514

News Link :
https://www.islamtimes.org/az/news/44514/nato-iran-sərhədi-yaxınlığında-184-milyon-dollar-dəyərində-hava-bazası-inşa-edir

Islam Times
  https://www.islamtimes.org