0
Friday 6 March 2015 - 00:21

Rus təyyarələri qorxu saçdı

Story Code : 445212
Rus təyyarələri qorxu saçdı
İtaliyanın qırıcı təyyarələri Rusiyanın kəşfiyyat təyyarələrinin qarşısına çıxıb.
ANS PRESS-in məlumatına görə, İtaliyanın Baltika hava patrulunun "Typhoon" qırıcıları Rusiyanın Kalininqraddan havaya qalxan təyyarələrini durdurmaq üçün onların qarşısına çıxıb. Litvanın silahlı qüvvələrinin nümayəndəsi Donatas Suxotskis bildirib ki, Rusiya təyyarəsi plan üzrə uçurdu: "Kalininqrad ərazisindən Rusiya Federasiyasının materik hissəsinə doğru hərəkət edirdi".
Bununla eyni vaxtda isə Latviyanın hərbi qüvvələrinin tvitter hesabında belə bir məlumat yerləşdirilib ki, "Typhoon" qırıcıları Rusiyanın İl-20 kəşfiyyat təyyarəsini müəyyənləşdirərək onu müşayiət edib. Bildirilib ki, bir həftə əvvəl də İtaliya qırıcıları Rusiyanın Baltika dənizi üzərində uçan İl-20 təyyarələrini durdurmaq üçün havaya qalxıb.
Qeyd edək ki, İtaliyanın Hərbi Hava Qüvvələrinə məxsus olan 4 ədəd "Eurofighter Typhoon" qırıcıları bu il yanvarın 1-dən Litva aerodromundadırlar. Təyyarələr bura Baltika hava patrulu xidməti çərçivəsində yerləşdirilib. Baltika hava patrulu 2004-cü ilin yazında yaradılıb və NATO ölkələrinin Hərbi Hava Qüvvələrinin Pribaltika ölkələri ərazisində mühafizə sistemidir. Belə ki, Estoniya, Latviya və Litva ölkələrində buna yararlı hərbi təyyarələr yoxdur.
Comment