QR CodeQR Code

Sarkozinin başı yenə dərddə

19 Nov 2010 18:49

IslamTimes - Fransa prezidenti Sarkozinin başı üzərində yenə qara buludlar yığışır.


Fransa prezidenti Sarkozinin başı üzərində yenə qara buludlar yığışır. Əgər xatırlayırsınızsa, bir müddət əvvəl Sarkozi ölkədəki məlum pensiya yaşının 60-dan 62-yə qaldırılması ilə əlaqədar olaraq ictimaiyyət və sadə vətəndaşlar tərəfindən ciddi narazılıqlar ilə qarşılaşmışdı. İndi də onun adı korrupsiya qalmaqalındadır. Belə ki, "euronews" xəbər yayıb ki, 2002-ci ildə Fransada baş vermiş terror aktının qurbanı olmuş şəxslərin ailələri dövlət başçısını korrupsiyada günahlandırırlar.
Onlar güc strukturlarından prezidentin korrupsiyada əlinin olub-olmamasının araşdırılmasını tələb edirlər. Onlar iddia edirlər ki, hökumət onlara ayrılmalı olan kompensasiyanın bir hissəsini mənimsəyib.
/Deyerler/


Story Code: 44526

News Link :
https://www.islamtimes.org/az/news/44526/sarkozinin-başı-yenə-dərddə

Islam Times
  https://www.islamtimes.org