QR CodeQR Code

NATO Əfqanıstanda 18 nəfərin həyatına son qoydu

20 Nov 2010 07:11

IslamTimes - NATO-nun Əfqanıstandakı işğalçı qüvvələrinə məxsus qırıcı təyyarələrin Əfqanıstanın Qilmend əyalətini bombardman etməsi nəticəsində 18 nəfər həlak olub.


NATO iddia edir ki, onların hava zərbəsinin əsas hədəfində terrorçu “Taliban” qüvvələri olub. Lakin yerli və hakimiyyət mənbələri bildirir ki, avia-zərbələrin əsas qurbanları dinc sakinlər olub.
Əfqanıstan hakimiyyətinin məlumatına görə, bu il ərzində 1300-dən çox dinc sakin işğalçı qüvvələrin apardıqları əməliyyatların qurbanları olub. BMT-nin son hesabatında isə, burada işğalçı əməliyyatlar nəticəsində dinc insanların həlak olması hallarının 31% artdığı bildirilir. /Deyerler/


Story Code: 44552

News Link :
https://www.islamtimes.org/az/news/44552/nato-əfqanıstanda-18-nəfərin-həyatına-son-qoydu

Islam Times
  https://www.islamtimes.org