0
Saturday 20 November 2010 - 09:13

İran S-300-ün analoqunu sınadı

Story Code : 44559
İran S-300-ün analoqunu sınadı
İran S-300-ün analoqunu sınadı
İslam ölkəsi "S-300" zenit-raket komplekslərinin analoqu yoxlayıb.
İranda artıq dördünücü gündür həyata keçirilən havadan müdafiə təlimləri çərçivəsində "S-300" zenit-raket komplekslərinin analoqu olan zenit-raket kompleksi müvəffəqiyyətlə sınaqdan çıxarılıb. Briqada generalı Məhəmməd Həsən Mənsurianın bildirdiyinə görə, yeni sistem "S-200" sistemlərinin modenizasiyası yolu ilə işlənib hazırlanıb. Sistem İslam İnqilabı Mühafizəkarları Korpusunun, ordunun və Müdafiə Nazirliyinin imkanlarından və təcrübəsindən istifadə edilərək, sınaqdan çıxarılıb.
Qeyd edək ki, "S-200" zenit sistemləri İranın Silahlı Qüvvələrində 1980-ci illərin sonlarından mövcuddur. Zərbə endirmə uzaqlığı və yüksəkliyi baxımından "S-300" sistemləri ilə müqayisədə onlar daha zəif taktik xüsusiyyətlərə malikdir. Lakin bu ilin fevralında İran Hərbi Hava Qüvvələrinin generalı Hikmətullah Kasiri bəyan edib ki, İranda işlənib hazırlanan yeni zenit-raket kompleksi xüsusiyyətlərinə görə nəinki "S-300" sistemləri ilə müqayisəyə gələcək, hətta onları üstələyəcək.
Bu arada, müdafiə təlimlərində 3000 kilometr uzaqlıqda hədəfin aşkar edilməsi imkanına malik yeni radarlar da sınaqdan keçirilib.
Qeyd edək ki, noyabrın 16-da başlamış təlimlər İran Hərbi Hava Qüvvələri və havadan müdafiə sistemlərinin qarşılıqlı təsirini təkmilləşdirmək məqsədi daşıyır. Təlimlərdə Natanz və Qum şəhəri yaxınlığındakı nüvə obyektləri, həmçinin Buşer Atom-Elektrik Stansiyasının təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirilir. /ANS-PRESS/
Comment