QR CodeQR Code

İran S-300-ün analoqunu sınadı

20 Nov 2010 09:13

IslamTimes - İran Hərbi Hava Qüvvələrinin generalı: “ İranda işlənib hazırlanan yeni zenit-raket kompleksi xüsusiyyətlərinə görə nəinki "S-300" sistemləri ilə müqayisəyə gələcək, hətta onları üstələyəcək.”


İslam ölkəsi "S-300" zenit-raket komplekslərinin analoqu yoxlayıb.
İranda artıq dördünücü gündür həyata keçirilən havadan müdafiə təlimləri çərçivəsində "S-300" zenit-raket komplekslərinin analoqu olan zenit-raket kompleksi müvəffəqiyyətlə sınaqdan çıxarılıb. Briqada generalı Məhəmməd Həsən Mənsurianın bildirdiyinə görə, yeni sistem "S-200" sistemlərinin modenizasiyası yolu ilə işlənib hazırlanıb. Sistem İslam İnqilabı Mühafizəkarları Korpusunun, ordunun və Müdafiə Nazirliyinin imkanlarından və təcrübəsindən istifadə edilərək, sınaqdan çıxarılıb.
Qeyd edək ki, "S-200" zenit sistemləri İranın Silahlı Qüvvələrində 1980-ci illərin sonlarından mövcuddur. Zərbə endirmə uzaqlığı və yüksəkliyi baxımından "S-300" sistemləri ilə müqayisədə onlar daha zəif taktik xüsusiyyətlərə malikdir. Lakin bu ilin fevralında İran Hərbi Hava Qüvvələrinin generalı Hikmətullah Kasiri bəyan edib ki, İranda işlənib hazırlanan yeni zenit-raket kompleksi xüsusiyyətlərinə görə nəinki "S-300" sistemləri ilə müqayisəyə gələcək, hətta onları üstələyəcək.
Bu arada, müdafiə təlimlərində 3000 kilometr uzaqlıqda hədəfin aşkar edilməsi imkanına malik yeni radarlar da sınaqdan keçirilib.
Qeyd edək ki, noyabrın 16-da başlamış təlimlər İran Hərbi Hava Qüvvələri və havadan müdafiə sistemlərinin qarşılıqlı təsirini təkmilləşdirmək məqsədi daşıyır. Təlimlərdə Natanz və Qum şəhəri yaxınlığındakı nüvə obyektləri, həmçinin Buşer Atom-Elektrik Stansiyasının təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirilir. /ANS-PRESS/


Story Code: 44559

News Link :
https://www.islamtimes.org/az/news/44559/iran-s-300-ün-analoqunu-sınadı

Islam Times
  https://www.islamtimes.org