0
Saturday 20 November 2010 - 17:47

Serj Sarkisyan NATO sammitinə getməyib

Story Code : 44639
Serj Sarkisyan NATO sammitinə getməyib
Serj Sarkisyan NATO sammitinə getməyib
Səbəb yekun bəyannamə layihəsində Cənubi Qafqaz münaqişələrinin nizamlanması barədə ümumi müddəaların saxlanılmasıdır. APA-nın xəbərinə görə, bu barədə Ermənistan prezidentinin mətbuat katibi Armen Arzumanyan məlumat verib.
Onun sözlərinə görə, noyabrın 20-də Ermənistan prezidentinin Lissabon şəhərində keçirilən NATO sammitində iştirakı əvvəlcədən planlaşdırıbmış.
«Ermənistan tərəfi dəfələrlə münaqişələrin nizamlanmasında ümumi müddəaların qəbul edilməzliyini vurğulayıb. NATO-nun Lissabon sammitinin bəyannamə layihəsində ATƏT-in bəyan etdiyi yalnız bir prinsipə istinadən Cənubi Qafqaz münaqişələrinin nizamlanmasına dair köhnə ümumi müddəaların saxlanılması neqativ siqnal ola bilər və Qarabağ nizamlanmasına dair danışıqlar prosesində əlavə maneələr yarada bilər. Bu narahatlığı nəzərə alaraq, Ermənistan prezidenti Lissabon sammitinə getməməyi qərara alıb. Sammitdə Ermənistanın xarici işlər və müdafiə nazirləri iştirak edəcəklər», deyə Arzumanyan bildirib.
Comment