0
Sunday 21 November 2010 - 06:23

Medvedev: "Yaxın gələcəkdə koalisiya qoşunlarının Əfqanıstandan çıxarıla biləcəyinə şübhə ilə yanaşıram"

Story Code : 44671
Medvedev - Əfqanıstan
Medvedev - Əfqanıstan
Rusiya prezidenti Dmitri Medvedev yaxın gələcəkdə koalisiya qoşunlarının Əfqanıstandan çıxarıla biləcəyinə şübhə ilə yanaşır.
«Əfqanıstandan gələn terror təhlükəsi böyükdür, ona görə də bunu yaxın zamanda etmək mümkündürmü? Bilmirəm, mənim şübhələrim var», deyə Medvedev bildirib.
O əlavə edib ki, «bu qərarlara görə məsuliyyəti vaxtilə Əfqanıstana yardım etmək barədə qərar qəbul edənlər daşıyacaqlar».
Nəzərinizə çatdıraq ki, bir neçə gün öncə Əfqanıstan prezidenti bildirmişdi ki, xarici qoşunların Əfqanıstandan çıxmaması Əfqanıstandakı silahlı qruplaşmaları təhrik edir. Onlar Əfqanıstanın müxtəlif məntəqələrində partlayışlar törətməklə ABŞ-ın işğalçı siyasətinə cavab verirlər.
Comment