0
Sunday 21 November 2010 - 07:01

NATO bir daha dildə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirdi

Story Code : 44672
NATO bir daha dildə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirdi
NATO bir daha dildə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirdi
APA-nın Lissabona ezam olunmuş müxbirinin məlumatına görə, iclasın yekunlarına dair Lissabon Sammiti Bəyanatı qəbul edilib.
Bəyanatın 35-ci maddəsində Alyans Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini tanıdığını bir daha təsdiq edib.
Bəyanatda Avro-atlantik Alyans Cənubi Qafqaz və Moldovadakı uzun müddət davam edən regional münaqişələrin hələ də davam etməsindən olduqca narahat olduğunu bildirir və bütün tərəfləri bu məsələlərdə konstruktivlik və siyasi iradə nümayiş etdirərək, bu münaqişələri sülh yolu ilə həll etməyə və hal hazırda gedən danışıqlara hörmətlə yanaşmağa və bütün tərəflərdən regional stabilliyi və təhlükəsizliyi poza biləcək addımlardan çəkinməyə çağırır. Sənəddə eyni zamanda, Alyans Gürcüstan, Azərbaycan və Moldovanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliklərini bir daha tanıdığını vurğulayaraq, hər bir münaqişənin prinsipini nəzərə almaqla, bu regional münaqişələrin sülh yolu ilə həlli istiqamətində səyləri dəstəkləyəcəyini bəyan edir.
Comment