0
Sunday 21 November 2010 - 07:22

15 məntəqədə seçkinin nəticələri ləğv edildi

Story Code : 44673
Azərbaycan - seçkilər
Azərbaycan - seçkilər
Trend-in məlumatına görə 107 saylı Qazax, 9 saylı Binəqədi, 15 saylı Yasamal və 57 saylı Kürdəmir seçki dairələrində namizədliyi qeydə alınmış namizədlər tərəfindən qeyd olunan dairələrdə seçkiərin nəticələrinin ləğv olunması ilə bağlı müraciət daxil olub. Müraciətlər MSK-nın şənbə günü keçirilən iclası zamanı keçirilən iclasında müraciətlərə baxılıb.
Qeyd olunan dairələr üzrə daxil olan müraciətlər qismən təmin olunub. Belə ki, 107 saylı dairədən beş, 9 saylı dairədən beş, 15 saylı dairədən bir və 57 saylı dairədən dörd məntəqə olmaqla ümumilikdə on beş məntəqədə seçicilərin iradəsinin ifadə etməsi müəyyən olunmadığına görə nəticələr etibarsız sayılıb. Bu barədə Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti məlumat verib.
MSK-nın açıqladığı ilkin nəticələrə görə 9 saylı Binəqədi dairəsində Cəbrayılov Rafael Kamil oğlu (46,93%), 15 saylı Yasamal dairəsində Hüseynov Etibar Əli oğlu (55,54%), 57 saylı Kürdəmir dairəsində Qəribov Fərhad Həsən oğlu (69,18%), 107 saylı Qazax dairəsində isə Vəliyev Əhməd Abdulkərim oğlu (51,15%) qalib elan edilib.
Comment