QR CodeQR Code

Putin Avropanı vahiməyə salır

Ans , 14 Mar 2015 17:43

Islamtimes - "Biz Moskvanın Ukraynanın şərqindəki separatçılara hərbi dəstək verməsindən və Rusiyanın Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədə iştirakını dayandırmasından narahatıq."


ANS PRESS-in məlumatına görə, bunu ATƏT Parlament Assambleyasının siyasi məsələlər və təhlükəsizlik məsələləri üzrə Komitəsinin sədri, ABŞ senatoru Roger Viçer deyib.

Rusiyanın bu razılaşma çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən imtina etməsindən məyus olduğunu söyləyən senator Rusiyanın sazişdən NATO-nun hərəkətlərinə görə çıxması ilə bağlı arqumentlərini qəbul etməyib.

O bildirib ki, prezident Vladimir Putinin Ukraynaya dair siyasəti, Rusiya döyüş texnikası və hərbçilərinin Ukrayna ərazisində olması onu göstərir ki, o, silahlanma yarışı aparmaq istəyir. Bu, Avropada sabitlik üçün təhlükədir.


Story Code: 447409

News Link :
https://www.islamtimes.org/az/news/447409/putin-avropanı-vahiməyə-salır

Islam Times
  https://www.islamtimes.org