QR CodeQR Code

MSK 28 seçki məntəqəsində nəticələri ləğv edib

22 Nov 2010 06:40

IslamTimes - Azərbaycan Mərkəzi Seçki Komissiyası 28 seçki məntəqəsində seçkinin nəticələrini ləğv edib.


Trend-in məlumatına görə bu barədə qərar MSK-nın bazar günü keçirilən iclasında qəbul olunub.
İclasda 7 noyabr 2010-cu ildə Milli Məclisə keçirilmiş seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Müraciətlərdən biri qanunla müəyyən olunmuş şikayətvermə müddəti ötürüldüyündən, birində isə tələb aydın olmadığından ərizəçilərin özlərinə geri qaytarılb, on altısı əsassız olduğundan təmin edilməyib, biri aidiyyəti üzrə araşdırılması üçün müvafiq DSK-ya göndərilib, biri barədə mübahisə predmeti qalmadığından xitam verilib.
Bundan əlavə, 22 saylı Nəsimi ikinci seçki dairəsi üzrə üç, 40 saylı Kəpəz (Gəncə) ikinci seçki dairəsi üzrə bir, 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə bir, 113 saylı Şəki şəhər seçki dairəsi üzrə beş, 60 saylı Salyan - Neftçala seçki dairəsi üzrə altı, 63 saylı Sabirabad birinci seçki dairəsi üzrə altı, 26 saylı Sabunçu seçki dairəsi üzrə altı seçki məntəqəsində seçicilərin iradəsinin müəyyən edilməsi mümkün olmadığından həmin məntəqələrdə keçirilmiş səsvermənin nəticələrinin etibarsız hesab edilməsi qərara alınıb.
MSK-nın açıqladığı ilkin nəticələrə görə 22 saylı Nəsimi II seçki Dairəsində Mollazadə Asim Nazim oğlu (49,47%), 40 saylı Kəpəz II (Gəncə) seçki dairəsində Quliyev Musa İsa oğlu (38,82%), 31 saylı Suraxanı II seçki dairəsində Quliyev Fərəc İbrahim oğlu (34,52%), 113 saylı Şəki şəhər seçki dairəsində Mahmudov Yaqub Mikayıl oğlu (54,15%), 60 saylı Salyan-Neftçala seçki dairəsində Ağamalı Fəzail Rəhim oğlu (51,84%), 63 saylı Sabirabad I seçki dairəsində Osmanlı Ceyhun Yunis oğlu (68,19%), 26 saylı Sabunçu I seçki dairəsində isə Mustafa Fazil Qəzənfər oğlu (51,74%) qalib elan edilib.
İclasda 7 noyabr 2010-cu ildə keçirilmiş Milli Məclisə seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasının yekun protokolunun tərtib olunması barədə qərar da qəbul edilib.


Story Code: 44779

News Link :
https://www.islamtimes.org/az/news/44779/msk-28-seçki-məntəqəsində-nəticələri-ləğv-edib

Islam Times
  https://www.islamtimes.org