0
Monday 22 November 2010 - 07:29

Britaniyada ilk müsəlman mer

Story Code : 44781
Britaniyada ilk müsəlman mer
Britaniyada ilk müsəlman mer
«Yeni vəzifəmdə İslam dəyərlərinə riayət edəcəyəm. Hindus, yəhudi, xristian, müsəlman və ya dinsiz olmasına rəğmən, bütün seçicilərimə xidmət edəcəyəm». Britaniyanın ilk müsəlman meri Lütf Rəhman belə deyir.
Milli.Az xəbər portalı «İslam Online»a istinadən bildirir ki, seçkiqabağı kampaniya əsnasında çoxsaylı hücumlar, ittihamlar və maneələrə rəğmən Rəhman seçici səslərinin 52 faizini toplayaraq Touer Hamletsin meri seçilib.
O, 2008-ci ildən bəri həmin bölgənin yerli Şurasının rəhbəri idi.
Lütf Rəhman müsəlman olması ilə fəxr etdiyini bildirib.
Comment