QR CodeQR Code

Britaniyada ilk müsəlman mer

22 Nov 2010 07:29

IslamTimes - Britaniyanın ilk müsəlman meri Lütf Rəhman: «İşimdə İslama riayət edəcəyəm»


«Yeni vəzifəmdə İslam dəyərlərinə riayət edəcəyəm. Hindus, yəhudi, xristian, müsəlman və ya dinsiz olmasına rəğmən, bütün seçicilərimə xidmət edəcəyəm». Britaniyanın ilk müsəlman meri Lütf Rəhman belə deyir.
Milli.Az xəbər portalı «İslam Online»a istinadən bildirir ki, seçkiqabağı kampaniya əsnasında çoxsaylı hücumlar, ittihamlar və maneələrə rəğmən Rəhman seçici səslərinin 52 faizini toplayaraq Touer Hamletsin meri seçilib.
O, 2008-ci ildən bəri həmin bölgənin yerli Şurasının rəhbəri idi.
Lütf Rəhman müsəlman olması ilə fəxr etdiyini bildirib.


Story Code: 44781

News Link :
https://www.islamtimes.org/az/news/44781/britaniyada-ilk-müsəlman-mer

Islam Times
  https://www.islamtimes.org