0
Monday 22 November 2010 - 08:53

Bloggerlər azadlıqda!

Story Code : 44787
Bloggerlər azadlıqda!
Bloggerlər azadlıqda!
Bir gün sonra isə səhər Salyan rayon Məhkəməsi həbsdə olan digər blogger Emin Millinin cəzasının yarısını çəkməsilə əlaqədar vaxtından əvvəl azadlığa buraxılması barədə müraciətini təmin etdi.
Məhkəmə 17 ay həbsdə olan Emin Millinin vaxtından əvvəl şərti olaraq azadlığa buraxılması barədə qərar qəbul edib. Məhkəmə qalan 13 ay cəza müddətinin şərti çəkilməsini qərara alıb. Milli məhkəmə zalından sərbəst buraxılıb.
Bloggerlər Emin Milli və Adnan Hacızadə 2009-cu il iyulun 8-də "Livan" restoranında baş vermiş insidentlə əlaqədar həbs olunublar. Gənclərin döyülməsinə baxmayaraq, onlar özləri "xuliqanlıq və bədən xəsarətləri yetirmək" ittihamları ilə müvafiq olaraq 2 il altı ay və 2 il müddətinə azadlıqdan məhrum olunublar. /HaqqYolu/
Comment