QR CodeQR Code

İranın nüvə proqramına Rusiyadan dəstək

22 Nov 2010 13:05

IslamTimes - Dimitri Medvedev deyib: “Nüvə enerjisindən dinc məqsədlərlə istifadə İran İslam Respublikasının haqqıdır.”


“Rusiyanın Səsi” xəbər agentliyinin verdiyi məlumata əsasən Dimitri Medvedev Lissabondakı NATO ilə danışıqlardan sonra bir mətbuat konfransında deyib: “Nüvə enerjisindən dinc məqsədlərlə istifadə İran İslam Respublikasının haqqıdır.”
Dimitri Medvedev əlavə edib: “İran nüvə enerjisindən dinc məqsədlərlə istifadə edəcəyini sübuta yetirməlidir. Dinc məqsədlərlə nüvə enerjisindən istifadə İran İslam Respublikasının haqqıdır.”
Nəzərinizə çatdıraq ki, indiyədək MAQATE-nin müxtəlif hesabatlarında İranın hər hansı bir qanun pozuntusuna yol vermədiyi sübuta yetib.
İran dövləti ölkə daxilindəki AES-lərə baxış keçirmək üçün MAQATE ilə hərtərəfli əməkdaşlıq edib.


Story Code: 44822

News Link :
https://www.islamtimes.org/az/news/44822/iranın-nüvə-proqramına-rusiyadan-dəstək

Islam Times
  https://www.islamtimes.org