0
Tuesday 17 March 2015 - 22:47

Qasim Süleymani Tikritdə ön cəbhədə plan cızır!

Story Code : 448249
Qasim Süleymani Tikritdə ön cəbhədə plan cızır!
Tikritin ön cəbhəsindən yayılan yeni fotolarda “Bədr” və digər qoşun komandirləri kənarında Qasim Süleymani də, müşahidə olunur.
Komandanlığın generalı Cəmil əl-Şimri bildirib ki, Tikritin hətta dar küçələrinə qədər əlimizdə dəqiq məlumat var və demək olar, hərbi baxımdan döyüş artıq bizim üçün başa çatıb. Tikritdə mühasirəyə düşən İŞİD-in əksər komandir və ünsürləri ərəb və digər xarici ölkələrin vətəndaşlarıdır. Şəhər daxili əməliyyatlar müəyyən nisbi taktika ilə həyata keçir və bunun başlıca səbəbi mühasirədə qalan əhalinin canı, malı və digər təsisat və təchizatların mühafizəsi ilə əlaqədardır. Həm İraq xalqı, həm dünya ictimaiyyəti bilsin ki, terrorist ünsürlərin başçılarını yaxalamaqla İŞİD-in təcavüzlərinə son qoyacaq və onların hamilərini rüsvay edəcəyik.
Source : Nur.az
Comment