QR CodeQR Code

İsveçdə restorana silahlı hücum: həlak olanlar var

19 Mar 2015 10:50

IslamTimes - İsveçdə restoranlardan biri silahlı hücuma məruz qalıb.


Hadisə ölkənin ikinci böyük şəhəri olan Qeteborqda baş verib.  Naməlum şəxslərin restorana açdığı atəş nəticəsində ölən və yaralananlar var.  Polis rəsmiləri hadisənin avtomat silahla həyata keçirildiyini, hadisəni törədənlər barədə hələlik hər hansı bir məlumat olmadığını deyiblər.  Hadisə yerinə çox sayda polis və təcili yardım cəlb olunub.  Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu deyilir. 


Story Code: 448550

News Link :
https://www.islamtimes.org/az/news/448550/isveçdə-restorana-silahlı-hücum-həlak-olanlar-var

Islam Times
  https://www.islamtimes.org