0
Saturday 21 March 2015 - 14:41

“Bu biabırçılığın da şahidi olduq”

Story Code : 449077
“Bu biabırçılığın da şahidi olduq”
“Bu biabırçılığın da şahidi olduq”
AXCP sədri Əli Kərimli iş adamı Hafiz Məmmədovun sahibi olduğu “Lans” furbol klubuna yaranmış 10 milyon avro borcunu Azərbaycan dövlətinin ödəməsinə münasibət bildirib. AXCP lideri facebook səhifəsində yazıb:

“Hakimiyyət məsuliyyət hissini tam olaraq itirib. Bu biabırçılığın da şahidi olduq. Milyonlarla sadə azərbaycanlı bayram bazarlığı dərdi çəkərkən, onların sərvətləri hökumətə yaxın iş adamına məxsus xarici futbol klubuna xərclənir. Azərbaycan dövləti iş adamı Hafiz Məmmədova məxsus Fransa futbol klubu “Lans”a 10 milyon avro yardım edib. Bu barədə fransız senator, Fransa-Qafqaz Parlamentlərarası Dostluq Qrupunun prezidenti Andre Rişar “France 3” telekanalına müsahibəsində deyib.
Şəhid ailələrinin “qan pulu”nu, Qarabağ qazilərinin sosial sığortasını verməyən hökumət həmin pulları avropalı idmançılara, onların məşqçilərinə, masajçılarına, indi də özəl futbol klubuna məmnuniyyətlə xərcləyir. Hamıya pul var, bircə Azərbaycan xalqından başqa.
Hökumətlə məsələ aydındır. Nə qədər israfçıl, tüfeyli həyata meylli, xalqımıza yad olduqları məlumdur. Bəs bizim xalq olaraq məsuliyyətimiz? Etiraf etməliyik ki, biz öz susqunluğumuzla icazə verməsək, hökumət xalqa qarşı bunca saymazyana davrana bilməz. Hamımız özümüzə sual verməliyik: hansı yanlış hərəkətlərimizə görə hökumət bu qənaətə gəldi ki, Azərbaycan xalqını saymaya, onun ehtiyaclarını qulaqardına vura bilər? Xalqımıza qarşı bunca saymazyana münasibət nə zaman bizim heysiyyatımıza toxunacaq?”
Source : Azadliq
Comment