QR CodeQR Code

İŞİD-in yüksək rütbəli üzvü Əbu Təlhə Küveyti də məhv edilib!

22 Mar 2015 14:41

IslamTimes - Artıq İŞİD-ə mənsub portallar Əbu Təlhə Küveyti ləqəbli Məhəmməd Əbdürrəzaq əl-Ənzinin öldürüldüyünü təsdiq edib.


Hələ iki ay qabaq Əbu Təlhə Küveytinin bir milyon dolları mənimsəyərək İŞİD-dən ayrıldığı haqda məlumatlar yayılmışdı.
Həmin mənbələr onun öldürülməsinin səbəbi haqda bir açıqlama verməyərək yalnız adı və şəklini qeyd etməklə kifayətlənib. Onun İŞİD-dən ayrılaraq Türkiyəyə qaçmasından sonra öldürülməsi haqda yayılan xəbərlər şübhə yaratsa da, cənazəsinə mənsub fotoşəkillər hadisənin doğruluğuna dair ehtimalları artırır.
İŞİD Əbu Təlhə Küveytinin ayrıldığı zaman onu gizlətmək üçün bir sıra xəbərlərdə əl-Ənzinin fotoşəkillərini yaymaqla hələ də sadiq qaldığını bildirərək bu məsələni təkzib etmişdi.


Story Code: 449286

News Link :
https://www.islamtimes.org/az/news/449286/işid-in-yüksək-rütbəli-üzvü-əbu-təlhə-küveyti-də-məhv-edilib

Islam Times
  https://www.islamtimes.org