0
Tuesday 23 November 2010 - 15:51

Şimali Koreya Cənubi Koreyaya hücum edib

Story Code : 44948
Şimali Koreya Cənubi Koreyaya hücum edib
Şimali Koreya Cənubi Koreyaya hücum edib
“Reuters”in yaydığı məlumata görə, Cənubi Koreya hərbçiləri də cavab atəşi açıblar. Hazırda atışma davam edir, adaya azı 200 mərmi buraxılıb. Nəticədə 60-70 yaşayış evi yanıb.
KXDR-in hücumu nəticəsində Yenpxendo adasında Cənubi Koreyanın ən azı 1 dəniz piyadası ölüb, 3 hərbçisi isə ağır yaralanıb. Adada elektrik təchizatı pozulub, sakinlər bunkerlərə evakuasiya edilir. Cənubi Koreya hərbi təyyarələri ada üzərində keşik çəkir. Cənubi Koreyanın Müdafiə Nazirliyi Şimali Koreyanın əməllərini təxribat adlandırıb və qoşunlarının atdığı atəşin özünümüdafiə xarakteri daşıdığını bəyan edib. Seulda hücumun Pxenyanın Cənubi Koreyanın hərbi təlimlərinə reaksiya olduğu istisna olunmur.
İnsidentlə bağlı olaraq, Cənubi Koreya hökuməti ölkədə müharibə təhlükəsinin ən yüksək səviyyəsini elan edib, dövlət başçısının məsləhətçiləri şurası yaradılıb. /ANS/
Comment