QR CodeQR Code

“Qəzzada 40 min uşaq təhsildən kənar qalıb”

23 Nov 2010 15:58

IslamTimes - Cimmi Karter: “Qəzzada 40 min uşaq təhsildən kənar qalıb”


Sionist İsrail rejiminin Qəzzaya tətbiq etdiyi məhvedici blokada beynəlxalq qanunvericiliyə ziddiyət təşkil edir və 40 mindən çox məktəbli yaşına çatmış uşağın təhsil alması üçün məktəblərin inşa edilməsinə mane olur. ABŞ-ın keçmiş prezidenti Cimmi Karter belə bir bəyanatla çıxış edib, - “İslamNyus” xəbər verir.
“İsrail rejiminin Qəzzaya tikinti materiallarının buraxılmasına yaratdığı maneə səbəbindən, 40 mindən çox uşaq indiyə qədər təhsil ala bilmir. Bu, beynəlxalq qanunvericiliyə və hüquqa tam şəkildə ziddir”, - deyə Karter bildirib. “Çox təəssüf ki, dünya ictimaiyyəti Qəzzanın blokadasını bəzən rahat şəkildə qəbul edir”, - deyə ABŞ-ın eks-prezidenti əlavə edib. /Deyerler/


Story Code: 44950

News Link :
https://www.islamtimes.org/az/news/44950/qəzzada-40-min-uşaq-təhsildən-kənar-qalıb

Islam Times
  https://www.islamtimes.org