0
Thursday 26 March 2015 - 11:01

Facebook-dan daha bir yenilik

Story Code : 450108
Facebook-dan daha bir yenilik
Şirkətin "On This Day" adını verdiyi xüsusi səhifədə üzvünün keçən illərdə “o gün” bölüşdüyü məzmunlar göstəriləcək.
Məsələn, istifadəçi 5 ildir ki Facebook sosial şəbəkəsinin üzvüdürsə, bu illər ərzində “o gün” hansı məzmunları bölüşdüyünü görə biləcək. Eyni zamanda tələb olunarsa bunu yoldaşları ilə də bölüşə biləcək.
Hələlik test mərhələsində olan proqramın həm internet, həm də mobil tətbiqi variantlarının dünya miqyasında hər kəsə təqdim olunacağı açıqlanıb. Mövzu ilə bağlı məzmunlar Facebookun "On This Day" səhifəsində yayımlanacaq.
Comment