Bildiyiniz kimi, ölkədə müstəqil məhkəmə sistemi yoxdur
Story Code : 450361
Tanınmış vəkil Elçin Sadıqov Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyevlə daxili işlər naziri Ramil Usubov arasında cari ilin 1 aprel tarixində keçiriləcək apellyasiya məhkəməsi ilə bağlı fikirlərini dilə gətirib. E.Sadıqov gözləntilərinin o qədər də müsbət olmadığını vurğulayıb: “Aprlin 1-i, saat 10:30 radələrində keçiriləcək məhkəmə prosesi ilə bağlı gözləntilərimiz müsbət deyil. Bunun da öz səbəbləri var. Bildiyiniz kimi, ölkədə müstəqil məhkəmə sistemi yoxdur. Bu isə ədalətli, obyektiv qərarların qəbuluna imkan vermir. 1 aprel məhkəməsi ilə bağlı əsas narahatlığımız da bununla bağlıdır”.