QR CodeQR Code

Bildiyiniz kimi, ölkədə müstəqil məhkəmə sistemi yoxdur

Moderator , 27 Mar 2015 14:30

Islamtimes - “Gözləntilərimiz müsbət deyil, çünki...”


Tanınmış vəkil Elçin Sadıqov Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyevlə daxili işlər naziri Ramil Usubov arasında cari ilin 1 aprel tarixində keçiriləcək apellyasiya məhkəməsi ilə bağlı fikirlərini dilə gətirib. E.Sadıqov gözləntilərinin o qədər də müsbət olmadığını vurğulayıb:
“Aprlin 1-i, saat 10:30 radələrində keçiriləcək məhkəmə prosesi ilə bağlı gözləntilərimiz müsbət deyil. Bunun da öz səbəbləri var. Bildiyiniz kimi, ölkədə müstəqil məhkəmə sistemi yoxdur. Bu isə ədalətli, obyektiv qərarların qəbuluna imkan vermir. 1 aprel məhkəməsi ilə bağlı əsas narahatlığımız da bununla bağlıdır”.


Story Code: 450361

News Link :
https://www.islamtimes.org/az/news/450361/bildiyiniz-kimi-ölkədə-müstəqil-məhkəmə-sistemi-yoxdur

Islam Times
  https://www.islamtimes.org