QR CodeQR Code

"ABŞ Yəməndə öz maraqları üçün əks addımlar atdı"

Deyerler , 27 Mar 2015 14:35

İslamtimes - Lavrov: “Necə olur ki, ABŞ Yanukoviçi devirməkdə maraqlı olur, Yəmən prezidentini müdafiə etmək üçün ordu göndərir?”


Xalq İnqilabının nəticəsində ölkəsindən qaçan Yəmən prezidentini dəstəkləyən ABŞ, Ukraynadan qaçmaq məcburiyyətində qalan president Viktor Yanukoviçi dəstəkləməmişdi. Bu, ikili standart deyilsə, bəs nədir?

RİA Novosti-nin verdiyi xəbərə görə, belə bir açıqlama ilə Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib.

“Təəssüf ki, həmişəki ifadədən – “ikili standart” kəlməsindən istifadə etməli olacayıq. Halbuki, biz nə Yəməndə, nə də Ukraynada vəziyyətin bu yerə gəlməsini istəməmişdik” – deyə Lavrov bildirib.

Lavrov bildirib ki, ABŞ vaxtilə Viktor Yanukoviçin devrilməsi üçün Avropa ölkələrinin rəhbərlərinin iştirakı ilə milli barışıq müqaviləsi imzalayan Viktor Yanukoviçi ölkədən qaçmağa məcbur etmək üçün ABŞ özünün bu ölkənin müxalifətinə bütün təsirindən istifadə etdi. “Amma Yəməndə maraqları üçün ABŞ diametral şəkildə əks addımları atdı”, - deyə Lavrov vurğulayıb.


Story Code: 450366

News Link :
https://www.islamtimes.org/az/news/450366/abş-yəməndə-öz-maraqları-üçün-əks-addımlar-atdı

Islam Times
  https://www.islamtimes.org