0
Sunday 29 March 2015 - 15:50

Putin İsrailə “od qoydu”

Story Code : 450762
Putin İsrailə “od qoydu”
Putin İsrailə “od qoydu”
Rusiya dövlət başçısı Vladimir Putin şərqi Qüdsün paytaxt olması şərtilə Fələstin dövlətinin qurulmasına kömək edəcəklərini bildirib.

V.Putin bu açıqlama ilə Misirin Şarm əş-Şeyx şəhərində başlayan Ərəb Dövlətləri Liqasının 26-cı Sammitində iştirak edən liderlərə səslənib.

“Fələstinlilər paytaxtı şərqi Qüds olmaqla, rahat yaşaya biləcək müstəqil bir dövlət qurmaq haqqına sahibdirlər. Rusiya tərəflərin danışıq və müzakirələr vasitəsilə bu istiqamətdə məqsədə çatmağı üçün dəstəyini əsirgəməyəcək”, - deyə RF prezidenti bildirib.

Bundan başqa, o, ərəb dünyasındakı problemlərin sülh yolu ilə və xarici müdaxilələr olmamaq şərtilə həll edilə biləcəyini vurğulayıb .

Qeyd edək ki, Ərəb Dövlətləri Liqasının 26-cı Sammiti Misirin Şarm əş-Şeyx şəhərində 14 ölkə lideri və 7 ölkə təmsilçisinin iştirakı ilə keçirilir.
Source : Ans
Comment