0
Sunday 29 March 2015 - 15:56

Ərdəbilli deputat Ərdoğanın Tehran səfərinə qarşı ÇIXDI

Story Code : 450763
Ərdəbilli deputat Ərdoğanın Tehran səfərinə qarşı ÇIXDI
Ərdəbilli deputat Ərdoğanın Tehran səfərinə qarşı ÇIXDI
Xarici KİV-n verdiyi məlumatına görə deputat Mənsur Həqiqətpur Rəcəb Tayyib Ərdoğanın İrana nəzərdə tutulan səfərinin təxirə salınması tələbi ilə çıxış edib.

Türkiyə prezidentinin İranın Yəmənlə bağlı yürütdüyü siyasətə qarşı çıxması Mənsur Həqiqətpurun belə bəyanatla açıqlama verməsinə səbəb olub.

O, həmçinin bildirib ki, Rəcəb Tayyib Ərdoğanın açıqlaması İran üçün həzm edilə biləcək bir şey deyil.

Məlumat üçün bildirək ki, Rəcəb Tayyib Ərdoğan İranın Yəməndəki Husi üsyançılarına dəstək verməsinin əleyhinə çıxıb.

O qeyd edib ki, İran bölgədə hegemonluq iddiasındadır. Ərdoğan onu da əlavə edib ki, İran Suriya, İraq və Yəməndən qoşunlarını çıxarmalıdır.
Source : Modern
Comment