QR CodeQR Code

Ərdəbilli deputat Ərdoğanın Tehran səfərinə qarşı ÇIXDI

Modern , 29 Mar 2015 15:56

İslamtimes - İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini Mənsur Həqiqətpur Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı tənqid edib.


Xarici KİV-n verdiyi məlumatına görə deputat Mənsur Həqiqətpur Rəcəb Tayyib Ərdoğanın İrana nəzərdə tutulan səfərinin təxirə salınması tələbi ilə çıxış edib.

Türkiyə prezidentinin İranın Yəmənlə bağlı yürütdüyü siyasətə qarşı çıxması Mənsur Həqiqətpurun belə bəyanatla açıqlama verməsinə səbəb olub.

O, həmçinin bildirib ki, Rəcəb Tayyib Ərdoğanın açıqlaması İran üçün həzm edilə biləcək bir şey deyil.

Məlumat üçün bildirək ki, Rəcəb Tayyib Ərdoğan İranın Yəməndəki Husi üsyançılarına dəstək verməsinin əleyhinə çıxıb.

O qeyd edib ki, İran bölgədə hegemonluq iddiasındadır. Ərdoğan onu da əlavə edib ki, İran Suriya, İraq və Yəməndən qoşunlarını çıxarmalıdır.


Story Code: 450763

News Link :
https://www.islamtimes.org/az/news/450763/ərdəbilli-deputat-ərdoğanın-tehran-səfərinə-qarşı-çixdi

Islam Times
  https://www.islamtimes.org