QR CodeQR Code

AKP daxilindəki mübarizə pik həddə

Nur.az , 29 Mar 2015 16:03

İslamtimes - Türkiyədə parlament seçkiləri öncəsi başlayan siyasi mübarizə iqtidar daxilinə də sıçrayıb və bunun təzahürləri artıq müşahidə edilməkdədir.


Bir müddət öncə baş nazirin müavini Bülənt Arınçla Ankara Böyük Şəhər bələdiyyəsinin sədri Melih Gökçek arasında baş verən qalmaqal hakimiyyət içərisində ciddi fikir ayrılıqları olduğunu ortaya çıxardı.
Qeyd edək ki, Bülənt Arınçın kürd problemi ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı tənqid etməsi Melih Gökçekin qəzəbinə səbəb olmuşdu.

Bir neçə gündür Türkiyə gündəmini zəbt edən hakimiyyət daxilindəki qarşıdurmaya yeni rəng verilib.

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədrinin baş müşaviri Hüseyn Çelik iqtidar daxilindəki mübarizəyə görə prezident Rəcəb Tayyib Ərdoğanı günahlandırıb.

O, Türkiyə prezidentini verdiyi sözə əməl etməməkdə ittiham edib. “Cənab prezidentimizin bizə öyrətdiyi bir şey var idi. O, “Yoldaşlar, özümüzün daxili məsələlərimizi mediada, bazarda danışmayacağıq” deyirdi. Biz də buna sıx bağlı idik. Lakin son hadisədə cənab prezident medianın önündə bu məsələni başlatdı. Baş nazirin müavini Bülənt Arınç “Kaş ki, cənab prezidentimiz bunu ictimaiyyət ilə paylaşmaq yerinə, baş nazirlə bölüşəydi” söyləyə bilərdi”,-deyə Hüseyn Çelik bildirib.


Story Code: 450765

News Link :
https://www.islamtimes.org/az/news/450765/akp-daxilindəki-mübarizə-pik-həddə

Islam Times
  https://www.islamtimes.org