QR CodeQR Code

MAQATE: İranın nüvə proqramı tam şəkildə dinc xarakter daşıyır

24 Nov 2010 22:26

IslamTimes - Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) tərəfindən hazırlanmış son hesabat İranın nüvə proqramının tam şəkildə dinc xarakter daşıdığını sübut edib.


Son günlər ərzində MAQATE İranın nüvə obyektlərində bir sıra təftiş işləri aparıb və bu proqramın dinc xarakter daşıdığını bir daha aşkara çıxarıb.
“MAQATE baş katibi Yuki Amanonun Direktorlar Şurasına hazırladığı hesabatı bir daha dünya ictimaiyyətini əmin edir ki, İranın nüvə proqramı tam şəkildə dinc xarakter daşıyır”, - deyə İranın Vyanadakı nümayəndəsi Əli Əsğər Soltani bildirib.
“Burada bir daha göstərilir ki, İranın nüvə fəaliyyəti, habelə nüvə zənginləşdirilməsi MAQATE-nin nəzarəti altında aparılıb”, - deyə Soltani əlavə edib. /Deyerler/


Story Code: 45081

News Link :
https://www.islamtimes.org/az/news/45081/maqate-iranın-nüvə-proqramı-tam-şəkildə-dinc-xarakter-daşıyır

Islam Times
  https://www.islamtimes.org