QR CodeQR Code

Daha bir ölkə Rusiyaya qarşı sanksiyalar tətbiq etdi

Musavat , 31 Mar 2015 19:22

İslamtimes - Avstraliyanın XİN rəhbəri Culiya Bişop Rusiyaya qarşı qəbul edilən sanksiyaların qüvvəyə mindiyini elan edib.


“İnterfaks”ın verdiyi xəbərə görə, sanksiyalar silah alveri, dağ-mədən sənayesi avadanlıqları, infrastruktur sektora sərmayə qoyuluşu sahələrini əhatə edir və Rusiyanın Ukraynaya qarşı işğalçı siyasəti yürütməsinə cavab tədbiri adlandırılıb.

Məlumata görə, tətbiq edilən sanksiyalar Avropa, Kanada və ABŞ-ın Rusiyaya qarşı qəbul etdiyi sanksiyalara uyğundur.

Rusiyaya qarşı sanksiyaların tətbiq olunmasına dair qərar 2014-cü ilin sentyabrında qəbul olunub.


Story Code: 451195

News Link :
https://www.islamtimes.org/az/news/451195/daha-bir-ölkə-rusiyaya-qarşı-sanksiyalar-tətbiq-etdi

Islam Times
  https://www.islamtimes.org