QR CodeQR Code

Britaniya kraliçası məscidə ayaqyalın girdi

25 Nov 2010 16:17

IslamTimes - Böyük Britaniya kraliçası II Yelizavetanın Fars körfəzi ölkələrinə 5 günlük səfəri başlayıb.


Lent.az-ın “The Daily Mail” qəzetinə istinadən verdiyi məlumata görə, kraliça noyabrın 24-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə gəlib.
Kraliça və şahzadə Filipp təyyarədən düşəndən sonra dünyanın 6 ən böyük məscidindən biri olan və eyni vaxtda 40 min dindarın ibadət etdiyi Şeyx Zayda məscidinə gedib. Məscid Birləşmiş Ərəb Əmirliklərinin qurucusu və ilk prezidenti Şeyx Zayda ibn Sultan an-Naxayyanın adı ilə adlandırılıb. Məsciddə dünyanın ən böyük - çəkisi 47 ton olan xalça və diametri 10 metr olan ən böyük çılçıraq var. Turistlər də bu xalçaya və çılçırağa baxmaq üçün məscidə gəlirlər.
II Yelizaveta öncə Şeyx Zaydanın məscidin yaxınlığındakı qəbrini ziyarət edib, daha sonra isə ayaqqabısını çıxararaq məscidin ibadət zalına daxil olub. Kraliçanı Böyük Britaniyanın xarici işlər naziri Uilyam Xeyq və onun xanımı da müşahidə edib. Xarici işlər nazirinin xanımı müsəlman qadın paltarı geyinib, hicab taxıb. Ancaq II Yelizaveta onun kimi çadra taxmayıb, daş-qaşla bəzədilmiş geyim və şərflə məscidə daxil olub.
Böyük Britaniya kraliçasının səfəri 31 ildən sonra London və Əbu-Dabi arasında münasibətlərin yeni mərhələsi sayılır. II Yelizaveta sonuncu dəfə 1979-cu ildə Şeyx Zaydanın dəvəti ilə Əbu-Dabiyə səfərdə olub.


Story Code: 45122

News Link :
https://www.islamtimes.org/az/news/45122/britaniya-kraliçası-məscidə-ayaqyalın-girdi

Islam Times
  https://www.islamtimes.org