0
Friday 26 November 2010 - 07:29

Seul Şimali Koreya ilə sərhəddə qoşunların sayını artırır

Story Code : 45140
Koreya
Koreya
Cənubi Koreya hökuməti bildirib ki, Yonpxendo adasına hücum ardınca hərbi hazırlığını nəzərdən keçirərək, daha çevik strategiyanı qəbul etmək qərarına gəlib.
APA-nın BBC saytına istinadən verdiyi xəbər görə, fövqəladə hökumət iclasından sonra müvafiq qərar ictimaiyyətə açıqlanıb.
“Hökumət sərhəd bölgə ilə yanaşı 5 adada qoşunların sayını əsaslı şəkildə artırıb. Şimali Koreya tərəfindən gələn qeyri-simmetrik təhlükələrinin qarşısını almaq üçün hərbi büdcə də artırılacaq”, - deyib jurnalistlərlə görüşü vaxtı prezident administrasiyasının nümayəndəsi Xon Sun Pyo.
Cənubi Koreya prezidentinin nümayəndəsi deyib ki, indiyədək əsas strategiyada gərginliyin azaldılmasına üstünlük verilirdi.
Li Men Bak bundan sonra daha çevik hərbi addımların mümkünlüyü bildirib.
O deyib ki, hücumda mülki və yaxud da hərbi obyektlərin hədəfləndiyi nəzərə alınaraq cavab addımları müəyyən ediləcək.
Bu arada Şimali Koreya “təxribatların qarşısını” almaqda qərarlı olduğunu bildirir.
Cənubi Koreya adasının artilleriya hücumuna tutulması Rusiya, Amerika və Avropa ölkələri tərəfindən pislənilib.
BMT-nin baş katibi Cənubi Koreya ərazisinə hücumu 1953-cü ildə müharibənin başa çatmasından bu yana ən pis insident adlandırıb.
Şimali Koreya ilə yaxın əlaqələrə malik Çin tərəfləri təmkinliyə çağırıb.
Moskvaya səfər edən Çin Dövlət Şurasının başçısı Ven Dzibao Koreya yarımadasında yaranmış vəziyyəti “çətin” kimi təsvir edib.
Pekin Koreya yaxınlığında keçiriləcək ABŞ-Cənubi Koreya hərbi təlimlərinə etirazını bildirib.
Comment